Ukrayna ordusu 9 yaşayış məntəqəsini azad edib

19:14 26.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aleksandrovka yaşayış məntəqəsi istiqamətində əks-hücum zamanı Ukrayna ordusu doqquz yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib və daha üç məntəqə tamamilə təmizləyib.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Hava-Desant Qüvvələrinin 7-ci Çevik Reaksiya Korpusunun “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Aleksandrovka istiqamətində davam edir.

Martın 25-də Ukrayna qoşunları doqquz yaşayış məntəqəsini (Dnepropetrovsk vilayətində yeddi və Zaporojye vilayətində iki) Rusiya qüvvələrindən tamamilə təmizləyib.

Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib.